İranlı hakerlər İsrailə hücum etdi: fars musiqisi səsləndi

27.01.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrana bağlı hakerlər İsrailin bir sıra uşaq bağçası və təhsil müəssisəsindəki səsgücləndirici sistemi və həyəcan açarlarına kiberhücumlar həyata keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, kiberhücumlar nəticəsində hakerlər uşaqlar və bağça işçiləri üçün fars dilində musiqilər, eləcə də ərəb dilində mesajlar səsləndiriblər.

İsrailin “Kan” teleradiosu sistemin əsas şəbəkə ilə əlaqəsinin kəsildiyini və özəl şirkətin problemi aradan qaldırmaq üçün çalışdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью