Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranda yanvar ayında baş verən etiraz aksiyaları zamanı təxminən 1000 nəfər göz xəsarətləri ilə xəstəxanalara müraciət edib.
KONRKET.az xəbər verir ki, bu barədə Tehrandakı Fərabi Göz Xəstəxanasının direktoru Qasım Fəxrayi məlumat verib.
Onun sözlərinə görə, yanvar etirazlarından bu günə qədər bir və ya hər iki gözün zədələnməsi səbəbilə ümumilikdə minə yaxın şəxs müalicə üçün xəstəxanaya yerləşdirilib. Fəxrayi bildirib ki, açıqlanan statistika yalnız göz zədəsi alan şəxsləri əhatə edir.
Xəstəxananın baş tibb bacısı Məryəm Səbbaqi isə qeyd edib ki, etirazlar dövründə Fərabi Göz Xəstəxanasında bütün çarpayılar tam dolu olub. Onun sözlərinə görə, xəsarət alanların əksəriyyəti gənc kişilərdir.
Natiq Səlim,
KONKRET.az