İranlı İbo nun adamı Bakıda tutuldu FOTO

08.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Globalinfo.az bildirir ki, Lent.az-ın məlumatına görə, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “İbo” adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью