İranlı idmançılar Cənubi Koreyada cinsi təcavüz ittihamı ilə həbs ediliblər

02.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kyonbuk vilayətinin Qumi şəhərinin (Cənubi Koreya) polisi 2025-ci ilin Asiya çempionatında İranın atletika üzrə milli komandasını təmsil edən üç vətəndaşını - iki idmançı və bir məşqçini həbs edib. Onlar koreyalı qadına qarşı cinsi təcavüzdə ittiham olunurlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Qeyd olunur ki, hadisə həbsdən bir gün əvvəl baş verib. İddialara görə, iranlı idmançılar zərərçəkmişlə idman kəndi yaxınlığında görüşüb, onu otelə aparıblar və cinayəti orada törədiblər. Zərərçəkmiş şikayət ərizəsi ilə polisə müraciət edib və onların hər üçü - iki 30 yaşlı idmançı və məşqçi hadisə yerində saxlanılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью