Gununsesi saytına istinadən Icma.az xəbər verir.
İranın dövlət televiziyasının (IRIB) jurnalisti Qəzza zolağında İsrail tərəfindən saxlanılıb. O, hazırda İsrail ərazisindədir.
Gununsesi.info xəbər verir ki, bunu İRİB-in rəhbəri Peyman Cebelli deyib.
O bildirib ki, jurnalistin ailəsi hadisəni ictimaiyyətə açıqlamaq istəməyib.
“Bizdə olan məlumata görə, jurnalist İsrail tərəfindən tutularaq həbs edilib. O, hələ də İsrailin nəzarətində olan ərazilərdə saxlanılır”, – deyə Cebeli vurğulayıb.