Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İran prezident Məsud Pezeşkianın İsrailin Azərbaycan üzərindən hücumlar təşkil etməsi fonunda Xankəndiyə səfər etməsi tənqid edilib”.
Tribunainfo.az xəbər verir ki, bunu İranda yaşayan ermənilərin nümayəndəsi, erməni dilində nəşr olunan “Araks” qəzetinin baş redaktoru Movses Keşişyan deyib.
O qeyd edib ki, Pezeşkianın indiki məqamda atdığı addımlar münasibətləri düzəltmək üçündür.
“Lakin, fikrimcə, Pezeşkian indiki məqamda İranı mümkün qədər müharibədən sonrakı depressiya vəziyyətindən çıxarmaq, beynəlxalq və regional siyasi arenada müəyyən aktivlik nümayiş etdirmək niyyətindədir”.
Erməni baş redaktor daha sonra iddia edib ki, guya, Qarabağ Ermənistanın “ərazisidir”.
“Heç kimə, xüsusən də İran, Türkiyə və Azərbaycana sirr deyil ki, əhalisi sıxışdırılan Qarabağ və Xankəndi Ermənistan əraziləridir.
Ona görə də Bakı Xankəndidə tədbir keçirməklə Azərbaycanın saxta tarixini özünə və qonşu dövlətlərə “reallıq” kimi təqdim etməyə çalışır”.