İranlı müğənni Tataloo həbsxanada intihara cəhd edib

30.05.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Tataloo səhnə adı ilə tanınan iranlı pop müğənni Amir Hossein Maghsoodloo həbsxanada intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı Fars agentliyi yayıb. Onun sözlərinə görə, Tatalunun vəziyyətində yaxşılaşma var və müğənni yaxın saatlarda xəstəxanadan buraxılmalıdır.

2025-ci ilin yanvarında Etemad iranlı müğənni Tatalunun küfrdə ittiham olunaraq ölüm cəzasına məhkum edildiyini bildirdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью