Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Romada ABŞ ilə dolayısı danışıqların ikinci raundu zamanı İran nümayəndə heyəti Amerika
“Cebheinfo.az”-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Biz açıq şəkildə bildirdik ki, İranda bir çoxları artıq JCPOA-nı bizim üçün yaxşı bir sövdələşmə kimi görmürlər.
Onlar üçün bu sazişdən qalan "öyrənilmiş dərslər"dir. Şəxsən mən bununla razılaşmağa meylliyəm",- nazir “X”-də yazıb.
Əraqçının sözlərinə görə, hazırda bu danışıqların gələcəyi ilə bağlı müəyyən nikbinlik var.
O əlavə edib ki, gələcək sazişin çərçivəsinin müəyyənləşdirilməsində müəyyən irəliləyiş əldə olunub.
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqların ikinci raundu şənbə günü başa çatıb.
Dörd saata yaxın davam edən dolayı danışıqlar Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə Romada baş tutub.