İranlı nazir Ukrayna prezidentini təlxəyə bənzədib

23.01.2026

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidenti Vladimir Zelenskinin İrandakı etirazlarla bağlı açıqlamalarına reaksiya verərək, “dünya çaşqın təlxəklərdən bezib” deyib.

Reyting.az xəbər verir ki, nazir Əraqçi Ukrayna lideri Zelenskinin açıqlamalarına “X” sosial media platformasında cavab verib.

Əraqçi iranlıların özlərini necə müdafiə etməyi bildiklərini və xarici güclərdən kömək istəmədiklərini vurğulayaraq yazıb: “Cənab Zelenski, dünya təlxəklərdən bezib. Muzdlularla dolu ordunuzdan fərqli olaraq, iranlılar özlərini necə müdafiə etməyi bilirlər”.

Əraqçi Ukrayna rəsmilərinin ABŞ və Avropadan maliyyə yardımı ilə varlandıqlarını vurğulayaraq əlavə edib: “Onlar utanmadan ABŞ-nın İrana qanunsuz hücum etməsini, hətta Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozmasını istəyirlər”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışında Zelenski İrandakı etirazlara münasibət bildirərək deyib: “İran xalqı kifayət qədər kömək almayıb, Avropa kənarda qalıb və onlar ABŞ-nın İrandakı hadisələrlə bağlı necə hərəkət edəcəyini gözləyirlər”.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью