İranlı nazirin bu jesti maraqla qarşılandı Video

31.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Araqçi 40 il əvvəl Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda ona dərs demiş müəllimi Əbülrəsul Xeyrəndişlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Araqçi müəlliminin əlini öpmək istəyib, lakin Xeyrəndiş buna icazə verməyib.

Hadisənin görüntüləri sosial mediada geniş yayılıb.

Minlərlə insan naziri bu jestinə görə təqdir edib, müəllimlərə qarşı belə hörmətin hər zaman göstərilməli olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью