Icma.az bildirir, Unikal.az portalına istinadən.
Avropa Birliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bununla da İranın daxili işlər naziri İskəndər Momeni və baş prokuror Məhəmməd Movahedi-Azada sanksiyalar tətbiq olunub.
Xatırladaq ki, ötən gün Avropa Birliyi ölkələri İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər və bu sanksiyalar son etirazların yatırılmasında məsul olan şəxsləri və təşkilatları hədəf alıb.
İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçılarla mübarizə aparmaq üçün göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib.
Gülayə Mecid