“İranlı qaçqınları isti qarşılamalıyıq”

20.06.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

İran bizim üçün dost ölkədir və Ermənistan da iranlılarla ona uyğun davranmalıdır. 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bunu iyunun 20-də Parlamentdə ənənəvi brifinq zamanı  müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, İranla İsrail arasında münaqişənin kəskinləşməsi zamanı İrandan Ermənistana insanların axını məsələsi də müzakirə obyektinə çevrilib. Deputat  xüsusilə soydaşlarını anlayış göstərməyə və iranlı qaçqınları hərarət və qonaqpərvərliklə qarşılamağa çağırıb.

"İranda ermənilərə həmişə hörmət edilib. Bu ölkənin hakimiyyəti həmişə onlara xüsusi diqqət yetirib", - Abrahamyan xatırladıb.

Elcan

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью