Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib. O, danışıqlar davam edərkən Vaşinqtonun yenidən İrana hücum etdiyini bildirib və ABŞ-ın nə atəşkəs, nə də danışıqlar prinsiplərinə sadiq qalmadığını iddia edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, Əzizi sosial şəbəkə hesabında etdiyi paylaşımda ABŞ-ni atəşkəsi pozmaqda günahlandıraraq: “Məğlub olmuş ABŞ prezidenti bir daha göstərdi ki, nə danışıqlara, nə də atəşkəs prinsiplərinə sadiq deyil”, - deyə bildirib.
İranlı rəsmi həmçinin bildirib ki, atəşkəsin “həyasızcasına pozulması” keçmişdə olduğu kimi yenə də geri addım atma və peşmanlıqla nəticələnəcək.
O, əlavə olaraq: “Günahlandırmaq oyunu artıq işə yaramır”, - deyə əlavə edib.
Bizimyol.info