İranlı siyasətçi Rusiya və Putindən narazılığını bildirdi

30.06.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İran parlamentinin keçmiş vitse-spikeri Əli Mütəhhəri Ukraynadakı müharibədə İranın Rusiyaya yardım etməsinə baxmayaraq, Kremlin ona "S-400" hava hücumundan müdafiə sistemləri verməkdən imtina etməsi ilə əlaqədar Rusiya və Prezident Vladimir Putinin hərəkətlərindən narazılığını bildirib.

Oxu.Az xəbər verir ki, iranlı siyasətçi bu barədə "X" sosial şəbəkə hesabında bildirib.

"Moskva "S-400" sistemlərini Türkiyə və Səudiyyə Ərəbistanına tədarük edib, lakin İsrailə qarşı müharibədə istifadə oluna biləcəyinə görə İrana satmaqdan imtina edib. Cənab Putinin barəsində danışdığı İranla strateji əməkdaşlıq budur!", - siyasətçi yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью