İranlı siyasi fəal İstanbulda öldürüldü

15.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İran hökumətinə müxalif siyasi fəal Məsud Nəzəri Türkiyənin İstanbul şəhərində yaşadığı evin qarşısında naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

Axar.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Onun ailəsinə istinadən bildirilib ki, 10 ildir Türkiyədə yaşayan Nəzəri bir neçə dəfə İran təhlükəsizlik məmurları tərəfindən təhdid edilmişdi. Milliyyətcə kürd olan Məsud Nəzəri İran hökumətinin sünni məzhəbli vətəndaşlara qarşı ayrı-seçkilik siyasətlərinin tənqidçilərindən biri sayılırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью