İranlılar Tsarukyana “atıblar”

27.07.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İş adamı və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın tərəfdarları İran səfirinə məktub göndərməyi planlaşdırırlar.

“Cebheinfo.az” bu barədə erməni mbuatın istinadən yazır.

Seçkilərdən sonra həbs olunan Tsarukyana fırıldaqçılıq və külli miqdarda “çirkli pul”ların yuyulması ittiham olunur. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, varlı iş adamı İran iş adamlarına məxsus 21 milyon dollardan çox əmlakın oğurlanmasını təşkil edib. 

Bu arada, Tsarukyanın vəkilləri iddia edirlər ki, iranlılar “Çiçəklənən Ermənistan” Partiyasının liderinə pul borcludurlar və bunu sübut etmək üçün borc sənədləri var.

Tsarukyanın müdafiə tərəfi iddia edir ki, eyni şəxslər İranda eyni iş üzrə məhkum ediliblər və Tsarukyana külli miqdarda pul ödəməlidirlər.

Xəzər
”Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью