İranyönümlü qruplaşmaların obyektlərinə HÜCUM

12.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ hərbçiləri Suriyada iranyönümlü qruplaşmalarla əlaqəli doqquz obyektə zərbələr endirib.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə bildirib.

Bəyanatda vurğulanıb ki, hücum “son 24 saat ərzində amerikalı personala qarşı bir neçə həmləyə cavab” olub.

“Bu zərbələr İranın dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrinə qarşı gələcək hücumları planlaşdırmaq və həyata keçirmək qabiliyyətini azaldacaq”, – CENTCOM əlavə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью