Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Liverpul”un baş məşqçisi Andoni İraola Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Fənərbaxça”ya 2:3 hesabı ilə uduzduqları oyundan danşıb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının standart vəziyyətlərdə yol verdiyi səhvlərə diqqət çəkib.
“Bu məğlubiyyətin əsas səbəbi standart vəziyyətlərdən üç qol buraxmağımızdır. Halbuki İngiltərə çempionatındakı oyunlarda bu cür epizodları yüksək səviyyədə neytrallaşdırırdıq.
“Fənərbağça”nın standart vəziyyətlərdə təhlükəli olduğunu yaxşı bilirdik. Buna baxmayaraq, cərimə zərbəsindən, künc zərbəsindən və hətta matçın sonlarında autdan sonra qol buraxdıq. Bu qollar bizi çox məyus etdi. Çünki iki dəfə hesabda önə keçmiş, oyunun tempinə nəzarət etmiş və hücumda qol imkanları yaratmışdıq. Lakin müdafiədə daha etibarlı olmalı olduğumuz epizodlarda səhvlərə yol verdik.
Böyük məyusluq yaşayıram. Bu stadionda istənilən rəqib üçün oynamaq çətindir. Matçın böyük hissəsində qələbə qazanacağımıza inanırdıq, amma bunu bacarmadıq. Xüsusilə ilk və üçüncü qolları buraxmağımız üzücüdür. Cərimə zərbəsi zamanı səddi düzgün qura bilmədik. Vedat Muriqi isə həlledici qolda hava mübarizəsində eyni anda üç müdafiəçimizi üstələdi. Belə epizodlarda daha yaxşı oynamalıyıq”, – deyə İraola BBC-yə açıqlamasında bildirib.