İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

07.05.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraq Azərbaycandan iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbut konfransında deyib.

İraqlı nazir bildirib ki, Azərbaycan hökumətini iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb.

"Biz Azərbaycan vətəndaşı olan qadın İŞİD üzvlərinin mövcudluğunu və onların öz ölkəsinə qaytarılmasını müzakirə etdik. Xarici İşlər Nazirliyi bu məsələləri davamlı olaraq izləyir", - İraq XİN rəhbəri əlavə edib.
Elba Nur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью