İraq Beyruta uçuşlara məhdudiyyət qoydu

08.12.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İraq Hava Yolları Bağdaddan Livanın paytaxtı Beyrut istiqamətindəki uçuşlara məhdudiyyət tətbiq edildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi yazılı açıqlama yayıb.

Məlumata görə, məhdudiyyətlərin səbəbi Suriya hava sahəsindəki təhlükəsizliklə bağlı məsələlərdir.

Həmçinin Ərbil Beynəlxalq Hava Limanının rəisi Əhməd Hoşyar da Ərbil-Dəməşq istiqamətindəki uçuşlara məhdudiyyət qoyulduğunu bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью