Icma.az, Axar.az saytına istinadən bildirir.
İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırmaq üzrədir.
Axar.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bildirib.
“Silahlı Qüvvələrin Baş Komandanı Suriya ilə beton divarın tikintisinin başa çatdırılması ilə bağlı göstəriş verib və hazırda işlərin 80 faizi tamamlanıb”, - Numan vurğulayıb.
Qeyd olunub ki, divar termal kameralarla təchiz olunub və bununla yanaşı, sərhədboyu tikanlı məftillər qurulub və xəndəklər qazılıb.