İraq hava məkanını mülki uçuşlar üçün tam açdı

18.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İraq hakimiyyəti əvvəllər “hərbi zonalar” hesab edilən bütün əraziləri ləğv edib və ölkənin hava məkanının mülki uçuşlar üçün tam açıldığını elan edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyinin xüsusi bəyanatında bildirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, İraq hava məkanındakı bütün uçuşa qadağan olunmuş zonalar ölkənin hava naviqasiyası kataloqundan çıxarılıb və silinib.

Bildirilib ki, kataloqda “hərbi zonalar” kimi göstərilən ərazilər artıq hərbi əməliyyatlar üçün istifadə olunmur.

Nazirlik həmçinin ölkənin bütün hava məkanının tam suveren nəzarətə keçirildiyini açıqlayıb.

Məhdudiyyətlərin aradan qaldırılmasının İraq hava məkanından istifadədə çevikliyi artıracağı, mülki aviasiya axınlarını yaxşılaşdıracağı və hava naviqasiyasının səmərəliliyinə müsbət təsir göstərəcəyi bildirilib.   

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью