İraq Hörmüz boğazından nə qədər neft keçirib?

05.10.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


İraqın dövlətə məxsus neft tankerləri şirkəti 2 milyon barrel İraq neftini iri tanker vasitəsilə Hörmüz boğazından keçirib.

“Bakupost” xəbər verir ki, şirkətin rəhbəri Əli Qeys Əbdül Cabbar bunun onilliklər sonra həyata keçirilən ilk belə əməliyyat olduğunu bildirib.

Neftin Bəsrə limanında təhvil verilməsi əvəzinə Hörmüz boğazı üzərindən daşınması İraqın dövlət neft şirkəti “SOMO”ya satış və qiymət seçimlərində daha çox çeviklik verə bilər.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью