İraq İranla sərhəddə 3 keçidi yenidən açır

13.09.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İraq İranla sərhəddə yerləşən üç sərhəd-keçid məntəqəsində sərnişin və ticarət daşımalarının mərhələli şəkildə bərpa ediləcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, İraqın Təhlükəsizlik Media Şəbəkəsinin yaydığı məlumata görə, Baş nazir Əli əz-Zeydinin göstərişi ilə Bəsrə vilayətindəki Şələmçə, Meysan vilayətindəki Şeyb və Diyala vilayətindəki Mendəli keçidlərində fəaliyyət bərpa olunur.

Bildirilib ki, qərar sərhəd-keçid məntəqələrində iş proseslərinin nəzərdən keçirilməsi, texniki ehtiyacların müəyyənləşdirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən sonra qəbul edilib.

Şeyb və Şələmçə keçidlərində sərnişinlərin hərəkəti artıq bu səhər bərpa olunub. Şələmçədən ticari yüklərin keçidi sabah səhər, Şeybdən isə cümə axşamı başlayacaq. Mendəli keçidində ticarət daşımalarının çərşənbə axşamı bərpa ediləcəyi bildirilib. Sərnişin keçidlərinin vaxtı ilə bağlı isə məlumat verilməyib.

İraq hökuməti həmçinin Zurbatiyə və Munziriyə sərhəd-keçid məntəqələrində İranla sərnişin və ticarət əlaqələrinin fasiləsiz davam etdiyini açıqlayıb.

Qeyd edək ki, İraq tərəfi bir gün əvvəl bəzi sərhəd-keçid məntəqələrinin "inzibati və təhlükəsizlik tədbirləri" çərçivəsində aparılan işlər səbəbindən müvəqqəti bağlandığını bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью