Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Bu gün İraq ordusu bölgədə artan gərginlik fonunda İran və Küveytlə sərhədləri boyunca təhlükəsizlik tədbirlərini gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə Entekhab nəşri yazıb.
Məlumata görə, İraq ordusu qarşıdakı mərhələdə baş verə biləcək mümkün hadisələrə hazırlıq məqsədilə hər iki ölkə ilə sərhəd zolağında təhlükəsizlik kəməri yaradıb.
Tədbirlər çərçivəsində sərhəd bölgələrində təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi gücləndirilib və hazırlıq səviyyəsi artırılıb. Məqsəd İraqın sərhəd təhlükəsizliyinə təsir göstərə biləcək mümkün hadisələrə nəzarəti təmin etməkdir.
Qərar bölgədə gərginliyin artdığı, ABŞ-ın İrana və regiondakı müqavimət qüvvələrinə qarşı təzyiq və təhdidlərinin davam etdiyi bir vaxtda qəbul edilib.
Bizim.Media