İraq neft ixracında marşrutu dəyişdi

15.09.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


ABŞ və İsrailin hücumlarından sonra İranın Hörmüz boğazını bağlaması neft daşımalarında problemlər yaradıb. Bu vəziyyət İraqı neft ixracı üçün alternativ marşrutlara yönəldib.

“Bakupost” xəbər verir ki, İraq son aylarda 15 ildən sonra ilk dəfə xam nefti quru yolu ilə tankerlərlə Suriyanın “Banyas” neft terminalına daşımağa başlayıb.

İraq və Suriya arasında əldə olunan razılaşmaya əsasən, yüzlərlə neft tankeri Suriyanın Tartus şəhərində yerləşən “Banyas” terminalına çatdırılır. Burada xam neft tankerlərdən neft gəmilərinə yüklənərək dəniz yolu ilə ixraca göndərilir.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью