İraq nümayəndə heyəti Milli Məclisə gəldi

18.03.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 18-də  Milli Məclisin İnsan hüquqları komitəsində İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Salihi ilə görüş keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə komitənin sədri Zahid Oruc, İctimai biliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov iştirak ediblər.

Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, regionda baş verən proseslər, Azərbaycan-İraq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.     

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью