Icma.az, Operativ MM saytına istinadən bildirir.
İraq hakimiyyəti ölkə ərazisində Yəmənin üsyançı hərəkatı Ənsarullah (Husi) tərəfdarları üçün xüsusi təlim mərkəzləri və ya düşərgələrin olması ilə bağlı iddiaları təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyatlar Komandanlığının nümayəndəsi bildirib.
Əl-Ərəbiyyə televiziyasına danışan komandanlıq sözçüsü, "İraq ərazisində husilərin təlim düşərgələrinin olması ilə bağlı xəbərləri qətiyyətlə rədd edirik",- deyə qeyd edib.