İraq sahillərində yük gəmisi hücuma məruz qalıb

09.09.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fars körfəzində, İraqın Əl-Fau rayonundan cənub-şərqdə yük gəmisi naməlum mərmi ilə vurulub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

Gəmi heyətinin həyatı üçün təhlükə yoxdur. İnsident nəticəsində dəyən ekoloji zərər barədə hazırda heç bir məlumat daxil olmayıb.

Səlahiyyətlilər hadisəni araşdırdığı müddətdə gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq tövsiyə edilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью