İraq Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

30.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraq Suriyada münaqişənin şiddətlənməsi fonunda bu ölkə ilə sərhədində təhlükəsizliyi gücləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi INA xəbər agentliyinə bildirib.

“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - əl-Suaydi deyib.

Daha əvvəl İraqın müdafiə naziri Sabit Abbasi də İraq ordusunun ölkənin sərhədlərini və hava məkanını istənilən təhlükədən qorumağa hazır olduğunu vurğulamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью