İraq Suriya və İordaniya sərhədinə zirehli qoşun yeridib

02.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İraq ordusunun Suriyanın Əl-Qaim ərazisindən İordaniyaya qədər bölgələrin təhlükəsizliyini təmin etmək üçün bölgəyə zirehli birliklər göndərdiyi bildirilib. 

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, mövzu ilə bağlı İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, zirehli bölmələr ölkənin Suriya sərhədindən İordaniya sərhədinə qədər olan ərazisində dəstək və təhlükəsizliyi təmin etmək məqsədilə hərəkətə keçib.

Bu addımın Mosulun qərbindəki şimal hissəsi zirehli birləşmələrlə gücləndirildikdən sonra atıldığı qeyd edilib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью