İraq Suriya və İordaniya sərhədlərinə zirehli texnika göndərib

03.12.2024

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraq Suriya ilə sərhəd keçid məntəqəsi Əl-Qaimdən İordaniyaya qədər olan ərazinin təhlükəsizliyini təmin etmək üçün bölgəyə zirehli texnika göndərib.SİA-nın məlumatına görə, mövzu ilə bağlı İraq Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.Açıqlamada zirehli texnikanın ölkənin Suriya sərhədindən İordaniya sərhədinə qədər olan ərazidə dəstək və təhlükəsizliyi təmin etmək üçün hərəkətə keçdiyi qeyd edilib.Bu addım Mosulun qərbindəki şimal hissəsi zirehli texnikalarla gücləndirildikdən sonra atılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью