525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İraqın Baş naziri Əli əl-Zeydi Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
525.az xəbər verir ki, birgə mətbuat konfransında çıxış edən liderlər iki ölkə arasında viza tələblərinin ləğvi qərarını açıqlayıblar.
Bu barədə İraqın INA agentliyi məlumat yayıb.
Bildirilib ki, mətbuat konfransında çıxış edən əl-Zeydi bölgədəki təhlükəsizlik məsələlərini və iki ölkə arasında viza tələbinin ləğvini müzakirə ediblər.
İranla ABŞ arasındakı münaqişəyə də toxunan Baş nazir hər iki tərəfi mübahisəni həll etmək üçün dinc üsullara əl atmağa çağırıb.
Misir Prezidenti isə görüş zamanı həmçinin Yəməndəki hadisələrin müzakirə olunduğunu və Körfəzdə dəniz nəqliyyatının təhlükəsizliyini hədəf alan cəhdləri rədd etdiklərini bildirib.
İbrahim Cəfərov