İraq və Suriyada 13 terrorçu zərərsizləşdirildi

31.01.2025

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyada terrorçulara qarşı uğurlu əməliyyatı davam etdirir.
Newscenter.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu, Suriyanın şimalındakı Sülh bulağı və Fərat Qalxanı bölgələrində isə 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Terrorçular onları gözləyən qaçılmaz sondan qurtula bilməyəcəklər”,-deyə vurğulanıb.
Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью