Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İraqın bütün ərazilərində elektrik enerjisi tam kəsilib. Bu barədə dövlət agentliyi "INA" İraq Energetika Nazirliyinə istinadla məlumat yayıb.
Reyting.az-ın məlumatına görə, nazirlikdən bildiriblər ki, ölkə boyu bütün vilayətlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Məlumata görə, hazırda dövlət qurumları "böyük zülmət"in səbəblərini araşdırır.
Elektrik enerjisinin kəsilməsinin ABŞ və İsrailin İrana qarşı savaşla bağlı olub-olmadığı hələlik məlum deyil.
İraq hakimiyyəti elektrik stansiyalarında və ötürücü xətlərdə bərpa işlərinə, həmçinin araşdırmalara başlayıb.
Sosial şəbəkə "X"də yayılan videolarda bəzi binalarda, evlərdə elektrik enerjisinin qismən olduğu görünür.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən İrana zərbələr endirir. İran hərbçiləri isə İsrailə, eyni zamanda, ABŞ hərbi bazaları ilə diplomatik missiyaların yerləşdirildiyi Fars körfəzi ölkələrinə cavab hücumları həyata keçirir.
Oqtay QORÇU