İraqda 2 gün bayram olacaq

01.04.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İraq milli komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanması münasibətilə ölkədə 2 gün iş olmayacaq.

Apasport.az xəbər verir ki, İraq hakimiyyəti 1 və 2 aprel tarixlərini qeyri-iş günü elan edib.

Bu barədə İraq İnformasiya Agentliyi (INA) məlumat yayıb. Sözügedən sərəncamı ölkənin baş naziri Məhəmməd əs-Sudani imzalayıb.

Qeyd edək ki, İraq millisi tarixində ikinci dəfə mundialda çıxış edəcək. Komanda I qrupunda Fransa, Seneqal və Norveç yığmaları ilə mübarizə aparacaq.

Kukurelya La Liqa yolunda Türkiyə DÇ-2026-da - 24 il sonra - YENİLƏNİB “Qalatasaray”ın futbolçusu İtaliyada qalacaq? Qanadan mundial öncəsi gözlənilməz addım “Tottenhem”in yeni baş məşqçisi bəlli olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью