İraqda 3 PKK terrorçusu məhv EDİLDİ

10.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat açıqlayıb.

Məlumatda qeyd edilir ki, qətiyyətlə aparılan terrorla mübarizə fasiləsiz olaraq davam edir.

Nazirliyin sosial media hesabında yer alan açıqlamada bu ifadələr yer alıb:

"Yorulmadan mübarizəyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu zərərsizləşdirib. Terroru mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью