İraqda 3 PKK terrorçusu zərərsizləşdirildi KONKRET

10.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat açıqlayıb.

Məlumatda qeyd edilir ki, qətiyyətlə aparılan terrorla mübarizə fasiləsiz olaraq davam edir.

Nazirliyin sosial media hesabında yer alan açıqlamada bu ifadələr yer alıb:

“Yorulmadan mübarizəyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu zərərsizləşdirib. Terroru mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью