İraqda beynəlxalq koalisiyanın missiyasının bitəcəyi tarix açıqlanıb

02.07.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2026-cı ilin payızında İraqdakı missiyasını başa vuracaq.

AZƏRTAC xəbər verir ki, INA agentliyi bu barədə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaniyə istinadla məlumat yayıb.

Hökumət başçısının sözlərinə görə, İraq hakimiyyəti hazırda koalisiyaya daxil olan ölkələrlə təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə keçmək üçün danışıqlar aparır.

Xatırladaq ki, 2014-cü ildə İŞİD qruplaşması İraq ərazisinin təxminən üçdəbirini ələ keçirmişdi. 2015-ci ildə hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə qruplaşmaya qarşı miqyaslı əməliyyatlara başlamış və 2017-ci ilin dekabrında İŞİD-i məğlubiyyətə uğratmışdı. 2020-ci il yanvarın 5-də isə İraq parlamenti beynəlxalq qüvvələrin respublika ərazisindən tamamilə çıxarılmasını tələb edən qətnamə qəbul etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью