İraqda bomba partlayıb, briqada generalı və daha bir hərbçi ölüb

14.10.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İraqın şimalında, Kərkük şəhəri yaxınlığında hərbi avtomobili hədəf alan yol kənarına yerləşdirilmiş bomba partlayıb, briqada generalı və bir əsgər ölüb.

Bu barədə "Reuters" İraq ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə günü Kərkükdən təxminən 80 kilometr cənubda, İŞİD terror təşkilatının mövqelərinin axtarışı üzrə əməliyyat keçirən hərbi patrulun hərəkəti zamanı baş verib.

İraq hərbi aviasiyası bir gün əvvəl həmin ərazidə İŞİD-ə məxsus sığınacağı hədəfə alıb.

Qeyd edək ki, bu, ay ərzində həmin bölgədə İraqın təhlükəsizlik qüvvələrinə qarşı törədilən ikinci hücumdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью