Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İraq hökuməti milli valyuta olan dinarın ABŞ dollarına qarşı təxminən 13% devalvasiya edilməsi barədə qərar qəbul edib.
İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, İraq Mərkəzi Bankı fiziki şəxslərə ABŞ dollarının satış məzənnəsini təxminən 1 310 dinardan 1 520 dinara qaldırıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu dəyişiklik dinarın dollar qarşısında ciddi şəkildə dəyər itirməsi deməkdir.
İraq Nazirlər Kabinetinin Baş Katibliyi tərəfindən yayımlanan qərara əsasən, məzənnə ilə bağlı dəyişiklik maliyyə naziri və İraq Mərkəzi Bankının sədrinin Nazirlər Kabinetinin iclasında təqdim etdiyi təcili təklif əsasında qəbul olunub.
Beləliklə, ölkədə dolların rəsmi satış qiyməti kəskin artırılıb və milli valyutanın dəyəri aşağı salınıb.