İraqda deputat saxlanıldı MİLYONLARLA DOLLAR TAPILDI

30.06.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraq parlamentinin İranın maliyyələşdirdiyi bildirilən “Əzm” birliyinin deputatı Hind əl-Abbasi, birliyin rəhbəri Müsənna əs-Samərrai və daha 15 nəfərin böyük maliyyə pozuntusu ittihamı ilə saxlanıldığı bildirilir.

Gununsesi.info  xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev öz hesabında paylaşım edib.

Ədalət Verdiyevin sözlərinə görə, İran rəhbərlərinin portretlərinin asıldığı iddia edilən evdə aparılan axtarış zamanı 57 milyon ABŞ dolları məbləğində nağd pul və 27 kiloqram xalis qızıl aşkar edilib.

Ədalət Verdiyev paylaşımında həmçinin qeyd edib:

“Qonşuluğunda İran və ya Rusiya varsa, demokratik seçki parlamentdə kənar ölkələrə xidmət edən insanların təmsil olunması ehtimalını daim yüksək saxlayır.

Başqa ölkə rəhbərlərinə sitayiş edən şəxslər daim diqqət mərkəzində olmalıdır.”

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью