İraqda deputatlığa namizəd sui qəsd nəticəsində öldürülüb

15.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İraqda parlament üzvlüyünə namizəd sui-qəsd nəticəsində öldürülüb.

APA “Əl Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, deputatlığa namizəd Səfa əl-Məşhədanini və onun cangüdənlərini daşıyan avtomobilin alt hissəsinə bomba quraşdırılıb.

Məşhədani hadisə yerində ölüb, onun üç cangüdəni isə ağır yaralanıb.

Hadisə paytaxt Bağdadda baş verib.

Qeyd edək ki, İraqda parlament seçkiləri noyabrın 11-ə planlaşdırılıb.

Bu, 2003-cü ildə ABŞ-ın İraqa daxil olmasından bəri altıncı parlament seçkiləri olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью