İraqda İŞİD in yüksək vəzifəli üzvü öldürüldü

23.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Diyala əyalətində keçirilən hədəfli əməliyyatda İŞİD qruplaşmasının yüksək rütbəli komandiri öldürülüb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İraq Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı baş verən silahlı toqquşmada “Xəttab Cəzirə” ləqəbli yaraqlı öldürülüb, bir neçə terrorçu isə yaralanaraq qaçıb.

Öldürülən şəxs Diyala əyalətindəki qrupun şəbəkəsində bir neçə rəhbər vəzifə tutub. O, həmçinin İraq təhlükəsizlik qüvvələrinin və əl-Həşd əş-Şabi milislərinin mövqelərinə hücumlarda, eləcə də təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edən vətəndaşların qətlə yetirilməsində iştirak edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью