İraqda külli miqdarda narkotik həb qaçaqmalçılığının qarşısı alınıb

15.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 15 may, AZƏRTAC

İraqda Səfvan sərhəd keçid məntəqəsində 600 min ədəd kaptaqon tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yolsuzluq avtomobilində peşəkar şəkildə gizlədilən narkotik vasitə Küveytə aparılırmış.

Qeyd olunur ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. Hadisə ilə əlaqədar birgə komissiya yaradılıb, sürücü barəsində araşdırma başlanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью