525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İraqın Kərkük şəhərində motosikletli iki kişi “Həşd Əş-Şəabi” (xüsusi milis dəstəsi) qərargahına silahlı hücum təşkil edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, açılan atəşlər nəticəsində qərargahın qarşısında keşik çəkən iki “Həşd Əş-Şəabi” üzvlərindən biri öldürülüb, digəri isə yaralanıb.
Daha sonra silahlılar motosikletləri ilə hadisə yerindən qaçıblar.
İraq təhlükəsizlik qüvvələri araşdırma aparmaq üçün hadisə yerinə gəlib və hücum edənlərin tutulması üçün Altınköprü rayonunda genişmiqyaslı əməliyyat başlayıb.
İbrahim Cəfərov