İraqda qum fırtınası: İnsanlar nəfəs almaqda çətinlik çəkiblər

15.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İraqda 1800-dən çox insan ölkə ərazisində yaşanan qum fırtınası səbəbindən nəfəs almaqda çətinliklər yaşayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat verib.

"İraqın səhiyyə orqanları bildiriblər ki, ölkənin mərkəzi və cənub hissələrini vuran qum fırtınası nəticəsində 1800-dən çox boğulma halı qeydə alınıb", - deyə qəzet yazıb.

Təbii fəlakət nəticəsində Nəcəf və Bəsrədəki iki beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.

"Mütəxəssislər iddia edirlər ki, BMT-nin iqlim dəyişikliyinin bəzi aspektlərindən ən çox təsirlənən beş ölkədən biri hesab etdiyi İraqda toz fırtınaları güclənə bilər", - deyə materialda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью