İraqda siyasi zəlzələ Trampın açıqlaması hakim koalisiyanı sarsıtdı

29.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


ABŞ Prezidenti Donald Trampın Nuri əl-Malikinin yenidən İraq hökumətinin başına gətirilməsinə qarşı çıxması ölkədəki hakim “Koordinasiya Çərçivəsi” ittifaqında ciddi siyasi böhran yaradıb.

Bakupost.az xəbər verir ki, Tramp “Truth Social” platformasındakı paylaşımında əl-Maliki hakimiyyətə qayıdacağı təqdirdə ABŞ-ın İraqa dəstəyini dayandıracağı barədə xəbərdarlıq edib. Bu mövqe koalisiya daxilində hesabları alt-üst edən “siyasi zəlzələ” kimi qiymətləndirilir.
Nuri əl-Maliki açıqlamasında baş verənləri ABŞ-nin açıq müdaxiləsi adlandırıb və “Koordinasiya Çərçivəsi” razılaşmasına əsasən namizədliyini davam etdirəcəyini bəyan edib. O, təhdidlərin dövlətlərarası münasibətlərə zidd olduğunu vurğulayıb.
Əl-Malikinin rəhbərlik etdiyi partiya isə bildirib ki, çərçivə razılaşmasında hər hansı boşluq yaradılması siyasi prosesi daha da xaosa sürükləyə bilər. Partiya bütün siyasi qüvvələri müstəqil İraq xalqının milli qərarını qorumağa çağırıb.
Koalisiya liderləri Bağdadda keçirilən fövqəladə iclasdan sonra Trampın açıqlamalarını İraqın suverenliyinə müdaxilə kimi qiymətləndirib və əl-Malikiyə dəstəyi bir daha təsdiqləyiblər. Keçmiş baş nazir Heydər əl-Abadi isə böhranın məsuliyyətli və rasional şəkildə idarə olunmasının vacibliyini qeyd edib.
Ərəb mediasına danışan bir mənbə bildirib ki, koalisiyanın manevr imkanları daralır və hazırda veriləcək istənilən qərar daxili və xarici siyasi nəticələr doğura bilər. Mənbənin sözlərinə görə, çıxış yolu yalnız yeni mexanizmlər üzərində razılaşma ilə mümkün ola bilər.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью