İraqda təlimlər zamanı ABŞ və Britaniya hərbçiləri həlak olub

02.06.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İraqda keçirilən təlimlər zamanı ABŞ Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu və bir Britaniya hərbçisi həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Hadisə mayın 31-də İraqın şimalındakı Ərbil şəhərində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazasında baş verib. Baş vermiş hadisənin təfərrüatları həm ABŞ, həm də Britaniya rəsmiləri tərəfindən açıqlanmır, həmçinin həlak olan iki hərbçinin adları qeyd olunmur.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью