İraqda ticarət mərkəzində dəhşətli yanğın: ölkədə 3 günlük matəm elan edildi

17.07.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gecə İraqın paytaxtında dəhşətli yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hipermarketdə səbəbi bilinməyən yanğın qısa zamanda bütün obyekti bürüyüb.

İlkinməlumata görə, yanğında 54 nəfər ölüb, xeyli yaralı var.

İraq mediası yazır ki, yanıq və digər xəsarət alanlar arasında vəziyyəti ağır olanlar az deyil.

Hökumət yanğının səbəbini araşdırmaq üçün komissiya yaradıb. Az sonra isə ölkədə üç günlük matəm elan olunub.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью